...

İdlibdə şəhid olan türk hərbçilərinin sayı 33-ə çatıb (ƏLAVƏ OLUNUB 2)

Dünya xəbərləri Materials 28 Fevral 2020 05:49 (UTC +04:00)

Bakı. Trend:

İdlibdə Türk Silahlı Qüvvələrinin şəhid olan əsgərlərinin sayı 33-ə çatıb.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Hatay valisi Rahmi Doğan bildirib

Daha əvvəl 29 Türk hərbçisinin şəhid olduğu bildirib.

"Həlak olanların sayı 33-ə çatıb. Yaralıların vəziyyəti həkimlərdə narahatlıq doğurmur", - R.Doğan NTV telekanalının efirində deyib.

XXX

03:19 (GMT+4)

İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 29-a çatıb.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib.

Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Administrasiyasında təcili toplantı keçirib.

ХХХ

01:10 (GMT+4)

İdlibdə Suriya qoşunların aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin doqquz əsgəri şəhid olub.

Trend-in məlumatına görə, bu barədə Hatay valisi Rahmi Doğan deyib.

"Hücum nəticəsində 9 əsgərimiz şəhid olub. Yaralılarımız var, bəzilərinin vəziyyəti ağırdır. Onları Cilvegözü sərhəd məntəqəsindən Türkiyəyə gətirdik. Müalicələri davam edir", - deyə R.Doğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti