...

Tailandda dövlət qulluqçularının xaricə səfərləri məhdudlaşdırılıb

Dünya xəbərləri Materials 4 Mart 2020 11:23 (UTC +04:00)

Bakı. Trend:

Tailandda dövlət qulluqçularının xaricə səfərləri məhdudlaşdırılıb.

Trend-in məlumatına görə, bundan başqa, məmurlar koronavirusun daha çox yayıldığı ölkələrdən qayıdarkən 14 günlük icbari karantinə yerləşdirilməlidir.

Qərara əsasən, hökumətin daha təhlükəli hesab etdiyi ölkələrə xidməti səfərlər tamamilə dayandırılır.

Hazırda ən təhlükəli ölkələr sırasına Çin, Cənubi Koreya, Yaponiya, İran, İtaliya, Almaniya, Sinqapur, Fransa daxil edilib.

Qeyd edək ki, bu günədək Tailandda 43 nəfər koronavirusa yoluxub, onlardan 31 nəfəri sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti