...

Koronavirus təxminən 150 dəfə mutasiyaya uğrayıb - Çinli alimlər

Dünya xəbərləri Materials 4 Mart 2020 15:12 (UTC +04:00)

Bakı. Trend:

Çində koronavirus infeksiyası başlayandan sonra virus təxminən 150 dəfə dəyişib.

Trend-in məlumatına görə, çinli alimlər müəyyən edib ki, bu müddət ərzində virus daha aqressiv iki yarımtipə bölünüb

Virusların 70 faizi L yarımtipinə, 30 faizi S yarımtipinə aid olub.

Qeyd olunur ki, Uhan şəhərində virus təzə yayılarkən daha çox L yarımtipi qeydə alınıb. Alimlər qeyd edir ki, yanvar ayında L yarımtipi yayılması tezliyi azalmağa başlayıb.

Müşahidələr nəticəsində məlum olub ki, L yarımtipi S yarımtipi ilə müqayisədə daha aqressivdir. İnsan müdaxiləsi hər iki yarımtipin daha geniş yayılmasının qarşısını alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti