...

Kosta-Rikada koronavirusdan ilk ölüm qeydə alınıb

Dünya xəbərləri Materials 19 Mart 2020 05:25 (UTC +04:00)
Kosta-Rikada koronavirusdan ilk ölüm qeydə alınıb

Bakı. Trend:

Kosta-Rika yeni növ koronavirusdan (COVİD-19) ilk ölüm halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Kosta-Rikanın Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölən şəxs 87 yaşlı kişidir, onun vətəndaşlığı barədə məlumat verilmir.

Qeyd edək ki, Kosta-Rikada koronavirusa 69 nəfər yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti