...

İspaniyanın baş nazirinin müavini koronavirusa yoluxub

Dünya xəbərləri Materials 26 Mart 2020 01:45 (UTC +04:00)
İspaniya hökumətinin sədrinin birinci müavini Karmen Kalvo yeni növ koronavirusa (COVİD-19) yoluxub
İspaniyanın baş nazirinin müavini koronavirusa yoluxub

Bakı. Trend:

İspaniya hökumətinin sədrinin birinci müavini Karmen Kalvo yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İspaniyanın Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Baş nazirin müavini Karmen Kalvonun koronavirus testi müsbət nəticə verib".

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyi İspaniyanın iki nazirində və baş nazirin həyat yoldaşında da aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti