Bakı. Trend:
Ukraynada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 897 nəfərə çatıb.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusdan 22 nəfər dünyasını dəyişib, 19 nəfər isə sağalıb.