Bakı. Trend:
Gürcüstanda yeni növ koronavirusa yoluxanların sayı daha 3 nəfər artaraq 211-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə bu barədə yerli hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Hazırda karantində 4 559, stasionar nəzarətdə isə 353 nəfər saxlanılır. Ümumilikdə ölkədə koronavirusdan 50 nəfər sağalıb, 3 nəfər ölüb.