Bakı. Trend:
Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artmaqda davam edir.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 1 667 nəfər koronavirusa yoluxub. Daha 12 nəfər isə virusdan həyatını itirib.
Bu günə qədər Rusiyada 13 584 nəfər koronavirusa yoluxub, virusdan ölənlərin sayı 106 nəfərə çatıb.
Ümumilikdə 1 045 nəfər sağalıb, 12 433 nəfərin müalicəsi davam edir.