...

Yaponiya hökuməti yüngül simptomlu koronavirus xəstələrini mehmanxanaya yerləşdirəcək

Dünya xəbərləri Materials 15 Aprel 2020 11:38 (UTC +04:00)
Yaponiya hökuməti koronavirusa yoluxmuş yüngül simptomlu xəstələrin müalicəsi üçün ölkə ərazisində mindən çox mehmanxana icarəyə götürüb
Yaponiya hökuməti yüngül simptomlu koronavirus xəstələrini mehmanxanaya yerləşdirəcək

Bakı. Trend:

Yaponiya hökuməti koronavirusa yoluxmuş yüngül simptomlu xəstələrin müalicəsi üçün ölkə ərazisində mindən çox mehmanxana icarəyə götürüb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Kadzuyosi Akaba bildirib.

Onun sözlərinə görə, bu addım xəstəxanalarda yüklənməni azaltmaq üçün atılıb. Yaponiyada ümumilikdə 150 mindən çox mehmanxana otağı yüngül simptomlu xəstələrə xidmət göstərəcək.

Qeyd edək ki, bu günə qədər Yaponiyada 8 100 nəfər koronavirusa yoluxub, 146 nəfər virusdan həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti