...

Cənubi Koreyada gün ərzində 8 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 19 Aprel 2020 11:35 (UTC +04:00)
Cənubi Koreyada gün ərzində 8 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Cənubi Koreyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 8 nəfər artaraq 10 661-ə çatıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Koreyanın Xəstəliklərə Nəzarət və qarşısının alınması mərkəzlərindən (KCDC) xəbər verilib.

Ölkədə koronavirusdan ölənlərin sayı iki nəfər artaraq 234-ya çatıb. 105 nəfər sutka ərzində sağalaraq evə buraxılıb, ümumilikdə sağalanların sayı isə 8 042 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti