...

İspaniyada "pomidor döyüşləri" təxirə salındı

Dünya xəbərləri Materials 22 Aprel 2020 13:06 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın Bunyol şəhərində keçirilən ənənəvi “Tomatina” festivalı koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə Valensiya əyalətinin rəhbərliyi qərar verib.

Qeyd edək ki, “Tomatina” festivalı müxtəlif qruplar arasında keçirilən “pomidor döyüşləri” ilə məşhurdur. Festival hər il avqustun sonuncu həftəsində keçirilir.

Ötən gün Almaniyada Bavariya federal torpağının hökuməti payızda nəzərdə tutulan “Oktoberfest” festivalını təxirə salmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti