...

İtaliyada kimya zavodunda partlayış - Yaralılar var (VİDEO)

Dünya xəbərləri Materials 15 May 2020 14:36 (UTC +04:00)
İtaliyada kimya zavodunda partlayış - Yaralılar var (VİDEO)

Bakı. Trend:

İtaliyanın Venesiya şəhəri yaxınlığında kimya zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə Margera sənaye rayonunda yerləşən aseton istehsalı müəssisəsində qeydə alınıb.

Partlayışdan sonra yanğın başlayıb və ətraf bölgəyə qara tüstü yayılıb. Hadisə nəticəsində azı iki nəfər xəsarət alıb.

Ətraf bölgədə yaşayan sakinlərə evlərdə pəncərələri açmamaq və evdən çıxmamaq tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti