...

Səudiyyə Ərəbistanı və Küveyt neytral zonada neft hasilatını dayandırır

Dünya xəbərləri Materials 18 May 2020 10:20 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanı və Küveyt iyunun 1-dən etibarən neytral zonada yerləşən Əl-Həfci birgə neft yatağında neft hasilatını dayandıracaq.

Trend-in məlumatına görə, aprel ayında bu bölgədə neft hasilatı 260 min barel/sutka təşkil etmişdi. Birgə yataqda hasil olunan neft iki ölkə arasında bərabər səviyyədə paylanır.

Xatırladaq ki, Küveyt, Səudiyyə Ərəbistanı və digər OPEC+ ölkələri aprel ayında neft hasilatını təxminən 10 milyon barel/sutka həcmində azaltmaq barədə razılıq əldə etmişdi.

Razılıq 2022-ci ilin aprelində qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti