...

Çində ötən sutka ərzində koronavirusa 5 yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 20 May 2020 07:14 (UTC +04:00)
Çində ötən sutka ərzində koronavirusa 5 yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Çində ötən sutka ərzində 5 nəfərdə yeni növ koronavirusun aktiv forması və 16 simptomsuz yoluxma halı aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, yoluxma hallarından 4-ü ölkənin daxilində (Tzilin əyaləti), 1-i isə xaricdən gələn vətədanşda qeydə alınıb.

Bildirilir ki, simptomsuz yoluxma hallarından 15-i ölkə daxilində, 1-i-si isə xaricdən gələn vətəndaşda qeydə alınıb. Hazırda 368 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 965 nəfərə çatıb, ölənlərin sayı isə 4 633 nəfər səviyyəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti