...

ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

Dünya xəbərləri Materials 24 May 2020 22:39 (UTC +04:00)
ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

Bakı. Trend:

ABŞ koronavirus pandemiyası səbəbilə iyunun 10-u Vaşinqtonda keçiriləcək G7 sammitinin vaxtını dəyişib.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen deyib.

R.O'Brayen bildirib ki, sammit iyun ayının sonunda keçiriləcək. Onun sözlərinə görə, ABŞ rəhbərliyi ölkənin koronavirusun ən pik həddinə yaxın olduğunu və ya artıq pik həddində olduğuna ümid edir.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri əlavə edib ki, bütün tərəflər sammitin keçirilməsində maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti