...

Liviya MSH döyüşçüləri Tripoli hava limanını Haftar qüvvələrindən geri alıblar

Dünya xəbərləri Materials 4 İyun 2020 06:08 (UTC +04:00)
Liviya MSH döyüşçüləri Tripoli  hava limanını Haftar qüvvələrindən geri alıblar

Bakı. Trend:

Liviyanın Tripoli şəhərində yerləşən Milli Saziş Hökumətini (MSH) dəstəkləyən birləşmələrin döyüşçüləri Liviya paytaxtının beynəlxalq hava limanına tam nəzarəti özlərinə qaytardıqlarını açıqlayıblar.

Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" telekanlı bildirib.

Birləşmə nümayəndəsi bildirib: "Qüvvələrimiz Tripoli beynəlxalq hava limanını tamamilə azad edib".

Onun sözlərinə görə, buna hava limanını tutan Liviya Milli Ordusunun döyüşçülərinə hücum zamanı nail olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti