...

ABŞ HHQ-nin qərargah rəisi ilk dəfə afroamerikalı general seçilib

Dünya xəbərləri Materials 10 İyun 2020 06:01 (UTC +04:00)
ABŞ HHQ-nin qərargah rəisi ilk dəfə afroamerikalı general seçilib

Bakı. Trend:

ABŞ Konqresinin Senatı afroamerikalı general Çarlz Braunun ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) qərargah rəisi vəzifəsinə təyinatını təsdiqləyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ilk dəfə adıçəkilən vəzifəni qaradərili hərbçi tutacaq. Onun namizədliyini 98 senator dəstəkləyib, onun əleyhinə səs verən olmayıb.

Bildirilir ki, Ç.Braunun qərargah rəisi təyin edilməsi ilə 1993-cü ildən ilk dəfə ABŞ Qərargah Rəisləri Komitəsinin yenidən afroamerikalı üzvü olacaq.

ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində Ç.Braunu yeni vəzifəsi münasibəti ilə təbrik edib: "Bu Amerika üçün tarixi bir gündür! Vətənpərvər və böyük rəhbər olan general Braun ilə daha da sıx işləməkdən məmnunam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti