...

İranda 2200-dən çox məhsulun idxalına qadağa qoyuldu

Dünya xəbərləri Materials 17 İyun 2020 13:39 (UTC +04:00)
İranda 2200-dən çox məhsulun idxalına qadağa qoyuldu

Bakı. Elnur Bağışov - Trend:

Mart ayından 2 224 ədəd məhsulun İrana idxalına qadağa tətbiq olunub.

Trend-in məlumatına görə, bunu İranın Ticarət İnkişafı Təşkilatının sədri Həmid Zadbum IRIB-ə açıqlamasında deyib.

H.Zadbumun sözlərinə görə, bu qadağalar həmin məhsulların ölkə daxilində istehsal olunmasına görə tətbiq olunub.

2 il öncə təxminən 1,4 min ədəd məhsulun İrana idxalına qadağa tətbiq olunmuşdu.

H.Zadbum bildirib ki, ötən 3 ildə orta hesabla məhsul idxalı 7% azalıb.

Qeyd edək ki, 2 ay ərzində (aprel-may) İran 2,64 milyard dollar dəyərində 9,17 milyon ton məhsul ixrac edib, 3,11 milyard dollar dəyərində 3,87 milyon ton məhsul isə idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti