...

Gürcüstanda daha 3 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Dünya xəbərləri Materials 28 İyun 2020 13:45 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 3 nəfər yoluxub.

Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 924 nəfər çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 1 nəfər vəfat edib, ölənlərin ümumi sayı 15 nəfər təşkil edir.

Qeyd edilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 785 nəfəri sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti