...

Türkiyədə sərnişin avtobusu aşıb, ölən və xəsarət alanlar var

Dünya xəbərləri Materials 6 İyul 2020 00:23 (UTC +04:00)
Türkiyədə sərnişin avtobusu aşıb, ölən və xəsarət alanlar var

Bakı. Trend:

Türkiyənin Kocaeli əyalətinin Gebze rayonunda sərnişin avtobusu aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

İlkin məlumata əsasən, qəza nəticəsində 1 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti