...

Boliviyanın sabiq prezidenti terrorçuluqda ittiham olunub

Dünya xəbərləri Materials 7 İyul 2020 08:50 (UTC +04:00)
Boliviyanın sabiq prezidenti terrorçuluqda ittiham olunub

Bakı. Trend:

Boliviya prokurorluğu rəsmi olaraq keçmiş prezident Evo Moralesi terrorizmdə ittiham edərək onun həbs olunmasını dair sorğu göndərib.

Trend-in məlumatına görə, bu barədə prokurorluğun mətbuat xidməti bildirib.

Bildirilib ki, "Səsyazma İşini" icra edən prokurorlar komissiyası sabiq prezident Evo Moralesi terrorizm və terrorçuluğun maliyyələşdirilməsində rəsmi olaraq ittiham etmək qərarına gəlib.

Morales istefasından sonra başlayan "2019-cu il noyabr toqquşmaları zamanı şəhərlərin qida blokadasını əlaqələndirməkdə ittiham olunur.

Öz növbəsində sabiq prezident prokurorun qərarını siyasi təqib adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti