...

Türkiyədə koronavirusdan sağalanların sayı 193 min nəfəri ötüb

Dünya xəbərləri Materials 11 İyul 2020 23:55 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 193 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 21 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 344 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 016 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 211 981 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 334 nəfər olmaqla 193 217 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti