...

Yaponiyanın yeni baş naziri sentyabrın 17-də təsdiqlənəcək

Dünya xəbərləri Materials 30 Avqust 2020 17:11 (UTC +04:00)
Yaponiyanın yeni baş naziri sentyabrın 17-də təsdiqlənəcək

Bakı. Trend:

Yaponiya parlamenti Şinzo Abenin bu vəzifədən istefa etməsindən sonra ölkənin yeni baş nazirinin namizədliyini təsdiqləmək üçün sentyabrın 17-də fövqəladə iclasa toplanacaq.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, iqtidarda olan Liberal Demokrat Partiyası (LDP) artıq hökumətə rəhbərlik etməli olan sədrinin seçilmə tarixi ilə bağlı razılığın son mərhələsindədir. Partiyanın sentyabrın 14-də səs verməsi gözlənilir və nəticələr eyni gündə elan ediləcək.

Partiya nizamnaməsinə görə, LDP-nin növbəti rəhbəri bu vəzifədə istefa edən Abenin səlahiyyət müddəti bitənə qədər - gələn ilin sentyabr ayının sonunadək çalışacaq. Bundan sonra üç illik müddət üçün yeni baş nazir seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti