Bakı. Trend:
Nyu Dehli artıq sabah ABŞ ilə ticarət razılaşması imzalamağa hazırdır, lakin dəqiq tarix Vaşinqtondan asılıdır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata əsasən, bu barədə Hindistanın Ticarət və Sənaye, həmçinin Dəmir Yolları naziri Piyuş Qoyal Vaşinqtonda ABŞ və Hindistan strateji tərəfdaşlığa dair virtual forumda çıxış edərkən deyib.
P.Qoyal bildirib: "ABŞ-da daxili siyasi vəziyyət imkan verdiyi anda hər şeyi yekunlaşdıra bilərik. Mən sabah razılaşdırdıqlarımızı imzalamağa hazıram".