...

Yaponiya sahillərində 5,2 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 7 Sentyabr 2020 05:25 (UTC +04:00)
Yaponiya sahillərində 5,2 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Yaponiyanın Honsyu adası sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

Trend-in Yaponiyanın Milli Metereologiya Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İbaraki prefekturası yaxınlığında, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bildirilir ki, yeraltı təkanlar Tokio, Tiba, İbaraki, Miyagi və Fukusima prefekturalarında hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti