Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud arasında telefon danışığı olub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı G20 ölkələrinin COVID-19 pandemiyasının nəticələrinin azaldılması üzrə səylərini müzakirə ediblər.
Bundan əlavə, Səudiyyə Ərəbistanının kralı ABŞ-ın İsrail-Fələstin münaqişəsinin həllinə verdiyi töhfəni qeyd edib və krallığın bölgədəki sülhə sadiq olduğunu vurğulayıb.