...

Fransada rekord sayda yeni yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 20 Sentyabr 2020 05:15 (UTC +04:00)
Fransada rekord sayda yeni yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 13 498 nəfər yoluxub.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məluimata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 442 194 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 91 574 nəfər sağalıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 26 nəfər ölüb, ölənlərin ümumi sayı 31 274 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti