...

ABŞ Nikolas Maduro və İran Müdafiə Nazirliyinə qarşı sanksiya tətbiq etdi

Dünya xəbərləri Materials 22 Sentyabr 2020 07:02 (UTC +04:00)
ABŞ Nikolas Maduro və İran Müdafiə Nazirliyinə qarşı sanksiya tətbiq etdi

Bakı. Trend:

ABŞ İranın Müdafiə Nazirliyinə, İran Müdafiə Sənayesi Təşkilatına və onun direktoruna qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar, həmçinin İran uranının zənginləşdirilməsi və ballistik raket proqramı ilə əlaqəli bir neçə fiziki və hüquqi şəxsə qarşı tətbiq olunub.

Trend-in məlumatına görə, bu barədə mətbuat konfransı zamanı ABŞ-ın Dövlət katibi Maykl Pompeo bildirib.

M.Pompeo qeyd edib: "Prezidentin bu gün elan etdiyi İcra Sərəncamı bizə BMT-nin silah embarqosuna əməl etməsini təmin etmək və BMT-nin sanksiyalarından yayınmaq istəyənləri məsuliyyətə cəlb etmək üçün yeni əhəmiyyətli imkanlar verir".

Sanksiyalar həmçinin Venesuela prezidenti Nikolas Maduroya qarşı tətbiq olunub. Vaşinqtona görə, o İranla silah sövdələşmələrində iştirak etməsində əlaqəli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti