...

MSK: "Gürcü Arzusu" partiyası parlament seçkilərində qalib gəlib

Dünya xəbərləri Materials 1 Noyabr 2020 21:32 (UTC +04:00)
MSK: "Gürcü Arzusu" partiyası parlament seçkilərində qalib gəlib

Bakı. Trend:

Gürcüstanda Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən parlametn seçkilərinin nəticələrini açıqlanıb.

Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, hakim "Gürcü Arzusu" partiyası 48,15 faiz səslə parlament seçkilərində qalib gəlib, ikinci yerdə 27,14 faiz səslə "VMH- güc birlikdədir" partiyası, üçüncü yerdə isə 3,78 faiz səslə "Avropalı Gürcüstan" partiyası qərarlaşıb.

Onuncu çağırış parlamenti həmçinin "Gürcüstan üçün Lelo" partiyası (3,16 faiz), "Gürcüstanın vətənpərvərlər alyansı" partiyası (3,15 faiz), "Yeni Gürcüstan - Aqmaşenebeli strategiyası" partiyası (3,15 fazi), "Qirçi" partiyası (2,89 faiz), "Vətəndaş hərəkatı - Aleko Elisaşvili" partiyası (1,33 faiz) və "Gürcüstanın Leyborist partiyası" (1 faiz) keçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti