...

Meksikada magistral yolda sisternli avtomobil partlayıb

Dünya xəbərləri Materials 17 Noyabr 2020 02:08 (UTC +04:00)
Meksikada magistral yolda sisternli avtomobil partlayıb

Bakı. Trend:

Meksikanın Nayarit ştatında magistral yolda sisternli avtomobilin partlaması nəticəsində ən az 12 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Regional ictimai təhlükəsizlik idarəsi öz "Facebook" səhifəsində yazıb.

Qeyd edilib ki, 12 nəfərin öldüyü təsdiqlənib, bir nəfər yaralanıb.

Maye qaz daşıyan qoşqulu sisternli avtomobilin partlaması üç avtomobili tamamilə məhv olmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti