...

Türkiyədə son sutkada koronavirusdan 31 945 nəfər sağalıb

Dünya xəbərləri Materials 18 Dekabr 2020 21:45 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 31 945 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 246 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 17 610 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 26 410 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 1 982 090 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 31 945 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 1 753 552 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti