...

Səudiyyə Ərəbistanı ölkəyə giriş qadağasını uzadıb

Dünya xəbərləri Materials 28 Dekabr 2020 12:58 (UTC +04:00)
Səudiyyə Ərəbistanı ölkəyə giriş qadağasını uzadıb

Bakı. Orxan Nəbiyev - Trend:

Səudiyyə Ərəbistanı koronavirusun yeni ştammı ilə əlaqədar ölkəyə giriş qadağasını daha bir həftə uzadıb.

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin qərarında deyilir.

Ölkə dekabrın 21-də virusun mutasiyası ilə əlaqədar beynəlxalq aviareysləri, dəniz və yerüstü sərhəd keçidlərini bağlamışdı. Eyni zamanda Oman və Küveyt də sərhədləri bağladığını elan etmişdi.

Qadağa yükdaşımalara şamil olunmur.

Qeyd edək ki, bugünədək Səudiyyə Ərəbistanında 362 mindən çox şəxs koronavirusa yoluxub, 6 mindən çox xəstə vəfat edib.

Bir müddət əvvəl Böyük Britaniyada və CAR-da koronavirusun yeni, daha sürətlə yayılan ştammı aşkar olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti