Bakı. Orxan Nəbiyev - Trend:
Çexiyanın Kolin şəhərində elektrik stansiyasında partlayış baş verib.
Trend-in məlumatına görə, partlayışdan sonra stansiyada yanğın başlayıb.
Yanğının qarşısının alınması üçün 10 yanğınsöndürmə briqadası və helikopter cəlb olunub. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.