...

ABŞ-da atışma nəticəsində bir nəfər ölüb

Dünya xəbərləri Materials 4 Yanvar 2021 01:30 (UTC +04:00)
ABŞ-da atışma nəticəsində bir nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın Uaynona şəhərində (Texas ştatı) yerləşən kilsədə baş verən atışma nəticəsində ən az bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə ABC telekanalı yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Məlumata əsasən, atışma nəticəsində bazar günü səhər yerli kilsələrdən birində gizlənmiş bir şəxslə mübahisəyə girən keşiş ölüb. Bildirilib ki, daha iki nəfər yaralanıb.

Yerli polis idarəsinin nümayəndəsi şübhəli şəxsin saxlanıldığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti