Bakı. Trend:
Səudiyyə Ərəbistanı və Qətər quru, dəniz və hava sərhədlərini açırlar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Küveytin xarici işlər naziri Əhməd Naser əs-Sabah deyib.
Nazir bildirib: "Bu gün axşam Səudiyyə Ərəbistanı ilə Qətər arasında quru, dəniz və hava sərhədlərinin açılması barədə razılıq əldə edilib".
Onun sözlərinə görə, tərəflər arasında razılaşma yanvarın 5-i Riyadda keçiriləcək Fars Körfəzi Dövlətləri Sammiti zamanı imzalanacaq.