...

Türkiyə Qətər və Səudiyyə Ərəbistanı arasında sərhədlərin açılmasını alqışlayır

Dünya xəbərləri Materials 5 Yanvar 2021 08:45 (UTC +04:00)
Türkiyə Qətər və Səudiyyə Ərəbistanı arasında sərhədlərin açılmasını alqışlayır

Bakı. Trend:

Türkiyə Qətər və Səudiyyə Ərəbistanı arasında quru, dəniz və hava sərhədlərinin açılmasını alqışlayır.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Qətər və Səudiyyə Ərəbistanı arasında quru, dəniz və hava sərhədlərinin açılması ilə bağlı əldə olunan razılığı alqışlayırıq.Bu razılaşma Fars Körfəzi bölgəsində 2017-ci ilin iyunundan bəri davam edən qarşıdurmanın nizamlanması istiqamətində əhəmiyyətli bir addımdır".

Nazirlik Fars körfəzində fikir ayrılıqlarının "hərtərəfli və qalıcı" həllinə ümid etdiyini də qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti