...

Ermənistanda 5 bala yaxın zəlzələ: Sakinlər evlərini tərk etdi

Dünya xəbərləri Materials 13 Fevral 2021 16:02 (UTC +04:00)
Ermənistanda 5 bala yaxın zəlzələ: Sakinlər evlərini tərk etdi

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanda Rixter cədvəli ilə 5 bala yaxın zəlzələ olub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, zəlzələnin episentri Yerevandan 12 kilometr məsafədə, yerin 2 kilomet dərinliyində qeyd alınıb.

Sakinlərin evlərini tərk etdiyi deyilir. Təkanlar bir neçə saniyə ərzində davam edib.

Hər hansı itki və ya fəsadlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti