...

Rusiyada sarı qar yağıb

Dünya xəbərləri Materials 18 Mart 2021 17:59 (UTC +04:00)
Rusiyada sarı qar yağıb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Ulyanovsk vilayətində sarı qar yağıb.

Trend-in məlumatına görə, bu barədə vilayətin Səhiyyə Nazirliyi bildirib.

İlkin ehtimallara əsasən, qarın sarı rəngdə olması Çində baş vermiş qum qasırğaları ilə əlaqədar olub.

Bu cür qarın hər hansı bir zərəri olmadığı bildirilib.

Qeyd edək ki, son günlərdən Çinin 10-dan çox regionunda qum qasırğaları baş verib. Təbiət hadisəsi 470 min kvadrart kilometr sahəni əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti