...

Kolumbiyada partlayış baş verib, xəsarət alanlar var

Dünya xəbərləri Materials 27 Mart 2021 04:19 (UTC +04:00)

Bakı. Trend:

Kolumbiyanın Korinto bələdiyyəsində partlayış baş verib.

Trend-in "El Tiempo" qəzetinə istinadən verdiyi məlumata görə, partlayıcı maddə ilə doldurulmuş avtomobil polis bölməsi ilə bələdiyyə binasının arasında saxlanılıb.

Məlumata əsasən, avtomobilin partlaması nəticəsində azı 17 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

İnsidentlə əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti