...

Misirdə binanın çökməsi nəticəsində ölənlərin sayı artır

Dünya xəbərləri Materials 27 Mart 2021 14:59 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Misirin paytaxtı Qahirədə 10 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Trend-in məlumatına görə, dağıntılar arasında axtarışlar davam etdirilir. Ölü sayının artacağı istisna olunmur.

Hazırda azı 30 nəfərin xəsarət aldığı deyilir.

İlkin ehtimallara görə, binanın çökməsinə əlavə mərtəbələrin tikilməsi səbəb olub. Prokurulouq hadisə ilə bağlı cinayət işi aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti