Bakı. Orxan Nəbiyev - Trend:
Suriya Prezidenti Bəşər Əsəd və xanımı Əsma Əsəd koronavirusdan sağalıb.
Trend-in məlumatına görə, bu barədə Suriya Prezident administrasiyası bildirib.
Onların verdiyi sonuncu koronavirus testi mənfi nəticələnib.
Qeyd edək ki, Bəşər Əsəd və xanımının martın 8-də koronavirusa yoluxması barədə məlumat verilmişdi.