...

Türkiyə İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib - Hulusi Akar

Dünya xəbərləri Materials 3 May 2021 12:19 (UTC +04:00)
Türkiyə İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib - Hulusi Akar

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin İraqın şimalında keçirdiyi "Pəncə-Qartal" antiterror əməliyyatı zamanı daha 7 terrorçu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, xüsusi təyinatlı hərbçilər PKK silahlılarının gizləndiyi mağaranı aşkar edib. Zərərsizləşdirilən terrorçulardan biri təşkilatın bölgə üzrə məsul şəxsi olub.

Bu günədək İraqın şimalında antiterror əməliyyatı zamanı zərərsizləşdirilən silahlıların sayı 53 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti