...

Dünyada koronavirusa yoluxanların sayı 173 milyona çatır

Dünya xəbərləri Materials 6 İyun 2021 13:41 (UTC +04:00)

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 173 milyon nəfərə çatır.

Trend-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 172 985 880 nəfərə çatıb, koronavirusa yoluxanlardan 3 721 660 nəfəri ölüb.

Məlumata əsasən, 15 milyondan çox yoluxma halı qeydə alınan ölkələr sırasına ABŞ, Hindistan və Braziliya daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti