Bakı. Trend:
Qayanada Demerara çayı ərazisində neft tankerində partlayış olub.
Trend-in "Efe" agentliyinə istinadən verdiyi məlumata görə, gəmi təmirdə olub və partlayış çənlərdən yanacağın boşaldılması zamanı baş verib.
Bildirilir ki, partlayış nəticəsində azı 3 nəfər həlak olub.
İlkin məlumata əsasən, hadisəyə səbəb təhlükəsizlik texnikasına riayət edilməməsi olub. Partlayış nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.