...

İranın yeni prezidentinin andiçmə mərasimi avqustda keçiriləcək

Dünya xəbərləri Materials 28 İyun 2021 11:24 (UTC +04:00)
İranın yeni prezidentinin andiçmə mərasimi avqustda keçiriləcək

Bakı. Elnur Bağışov - Trend:

Avqustun 5-də İran parlamentində yeni seçilmiş prezident İbrahim Rəisinin andiçmə mərasimi keçiriləcək.

Trend-in məlumatına görə, bunu İran parlamentinin sədr əvəzi Əli Nikzad deyib.

Ə.Nikzadın sözlərinə görə, bu mərasim yerli və xarici qonaqların iştirakı ilə və pandemiya qaydaları nəzərə alınaraq təşkil olunacaq.

Qeyd edək ki, 18 iyunda İranda 13-cü çağırış prezident seçkiləri keçirilib. İbrahim Rəisinin 17,9 milyon (61,9%) səslə prezident seçkilərində qalib gəldiyini açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti