...

Kosta Rikanın şimalında vulkan püskürməyə başlayıb

Dünya xəbərləri Materials 29 İyun 2021 08:23 (UTC +04:00)
Kosta Rikanın şimalında vulkan püskürməyə başlayıb

Bakı. Trend:

Kosta-Rikanın ən böyük beş vulkanından biri olan ölkənin şimal-qərbindəki Rinkon-de-la-Vyexa vulkanı püskürməyə başlayıb.

Trend-in məlumatına görə, bu barədə "Prensa Latina" agentliyi xəbər verib.

Məlumata əsasən, ölkə hakimiyyəti ətraf ərazilərin əhalisini çayların yaxınlığında olmamağa çağırıblar.

Vulkanın 2 km hündürlükdə kül sütunu atdığı, dağıntı və xəsarət olmadığı qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti