akı. Trend:
Afrikada koronavirusa yoluxanların sayı 5,77 milyon nəfəri ötüb.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyindən bildiriblər.
Məlumata əsasən, hazırkı dövrədək Afrikada koronavirusa 5 776 300 nəfər yoluxub, onlardan 148 730 nəfəri vəfat edib, 4,9 milyondan artıq insan isə sağalıb.
Bildirilir ki, ən çox yoluxma və ölüm halları Cənubi Afrika Respublikasında (CAR) qeydə alınıb - 2 112 336 yoluxma və 63 039 ölüm halı.