Bakı. Orxan Nəbiyev - Trend:
Çinin Tibet yaylasında alimlər ərimiş buzlaqlardan indiyədək naməlum olan qədim virus növləri aşkar edib.
Trend-in məlumatına görə, ABŞ-ın Ohayo Universitetinin bioloqları Tibetdən 2015-ci ildə götürülmüş 15 min illik buzlaq nümunələrindən 33 fərqli virusun genetik kodunu müəyyənləşdirib.
Qeyd olunur ki, bu viruslardan dördü əvvəllər məlum olub, 29-u isə tamamilə yeni, bu günədək elmə məlum olmayan viruslardır.
Mütəxəssislər hesab edir ki, buzlaqlar əridikcə bu cür viruslar aşkar olunmaqda davam edəcək.