Bakı. Trend:
Tayvanın şərqində 4,5 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Çin adasının Seysmoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri sahil zolağında Hualyan şəhərindən 17,1 kilometr məsafədə olub. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.
Ölənlər və dağıntılar barədə məlumat verilməyib.