...

"Taliban" Kabildə komendant saatı tətbiq edib

Dünya xəbərləri Materials 20 Avqust 2021 01:21 (UTC +04:00)
"Taliban" Kabildə komendant saatı tətbiq edib

Bakı. Trend:

"Taliban" hərəkatı Əfqanıstanın paytaxtı Kabildə komendant saatı tətbiq edib.

Trend xəbər verir ki, bu barədə "Khaama Press" agentliyi məlumat yayıb.

Məlumata əsasən, saat 21:00-dan sonra sakinlərə küçəyə çıxmağa icazə verilmir. Sakinlər yalnız istisna hallarda evdən çıxa bilərlər.

Bildirilir ki, komendant saatının tətbiq edilməsi barədə şəhərin bütün məscidlərində elan verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti